Brif
Burger Baku by Hollywood şəhərin mərkəzində, rəqabətin ən sıx olduğu seqmentdə işləyir. Məhsul güclü idi — iri patty, öz sousları, gecə saatlarınadək dolu zal — amma sosial media səhifəsi bunu göstərmirdi: kadrlar telefonla, işıq soyuq, məhsul isə lentdə iştah oyatmırdı.
Tapşırıq sadə idi: burgeri ekranda da dadlı göstərmək və səhifəni hər gün canlı saxlamaq.
İdeya
Vizual dili iki qütb üzərində qurduq. Bir tərəfdə mətbəx — tünd fon, buxar, qrilin səsi, əlcəkli əl, ətin qızarması. Bu kadrlar məhsulun arxasındakı əməyi göstərir və etimad yaradır. Digər tərəfdə zal — isti işıq, rəngli altlıqlar, insanların əlindəki burger. Bu kadrlar isə “mən də ora getmək istəyirəm” hissi yaradır.
Menyu fotolarında isə yeganə qayda vardı: heç bir kadr məhsulu olduğundan fərqli göstərməsin. Ölçü, sous miqdarı, çörəyin rəngi — hamısı real. Çünki müştəri gələndə eyni şeyi görməlidir.
Foto prodakşn
Hər çəkiliş günündə həm menyu mövqeləri, həm mətbəx prosesi, həm də zal atmosferi çəkilir. Bu, bir günlük işdən üç fərqli kontent növü almağa imkan verir — menyu üçün kataloq kadrları, lent üçün atmosfer kadrları, reklam üçün isə iştah kadrları.
Şəkilə klikləyin — qalereya tam ekranda açılır.
Video kontent
Şaquli formatlar Instagram Reels və TikTok üçün eyni vizual dildə montaj edilir: küçədən gəliş, məkana daxil olma, məhsulun yaxın planı və ilk dişləm. Ssenarilər qısa saxlanılır — ilk üç saniyədə məhsul kadrda olur.
Səhifə artıq menyu kataloqu deyil — insanlar kadrlara baxıb “bu axşam ora gedək” deyir.
Burger Baku komandasıNəticə
Aylıq sistem qurulandan sonra səhifə gündəlik ritmə keçdi: hər gün story, həftədə bir neçə reels, ayda iki çəkiliş günü. Reklam kreativləri də eyni materiallardan hazırlanır — yəni çəkiliş büdcəsi həm kontentə, həm reklama işləyir.
Əməkdaşlıq davam edir: yeni menyu mövqeləri, mövsümi kampaniyalar və xüsusi günlər eyni sistem üzərində planlaşdırılır.