Xidmət 07 · Targeting

Büdcə deyil struktur

Reklamın nəticəsi çox vaxt sərf olunan məbləğdən yox, kampaniyanın necə qurulmasından və hansı kreativin işlədilməsindən asılıdır.

Oxuma müddəti · 7 dəqiqə Mövzu · Targeting Müəllif · MezMoon

Ayda bir neçə dəfə eşitdiyimiz cümlə budur: “Reklama pul xərcləyirik, nəticə yoxdur”. Hesaba baxanda demək olar ki, həmişə eyni üç səbəbdən biri çıxır: kampaniya səhv qurulub, izləmə qurulmayıb, yaxud kreativ zəifdir. Büdcə isə çox nadir hallarda əsl problem olur.

Targeting nədir

Targeting — ödənişli reklam kampaniyalarının qurulması və idarə edilməsidir: Meta (Instagram və Facebook), Google (axtarış, YouTube, displey) və TikTok. İş yalnız “reklamı işə salmaq” deyil — hədəfin seçilməsi, izləmənin qurulması, kreativlərin sınanması və gündəlik optimizasiya deməkdir.

Platformalar arasındakı fərq vacibdir: Google artıq axtaran adamı tutur (tələb var), Meta və TikTok isə tələbi özü yaradır (adam axtarmırdı, gördü və maraqlandı).

Kampaniya strukturu

Hər hesab üç səviyyədən ibarətdir: kampaniya (məqsəd), reklam dəsti (auditoriya və büdcə), kreativ (görüntü və mətn). Ən çox səhv birinci səviyyədə edilir — məqsəd səhv seçiləndə platforma sizə lazım olmayan nəticəni ucuz gətirir.

Test büdcəsi qaydası

Ümumi büdcənin təxminən 20%-i həmişə testə ayrılmalıdır. Test etməyən hesab bir müddət sonra köhnəlir və nəticə tədricən bahalaşır.

Hədəfləmə haqqında yeni həqiqət

Bir neçə il əvvəl uğur dar auditoriya seçməkdən asılı idi. Bu gün platformaların alqoritmi düzgün siqnal veriləndə auditoriyanı özü tapır. Ona görə praktikamızda:

Kreativ nəticənin 70%-idir

Eyni auditoriyaya göstərilən iki fərqli video arasında nəticə fərqi 3–5 dəfə ola bilər. Ona görə optimizasiyanın böyük hissəsi düymələrdə deyil, kreativdədir.

Zəif kreativi heç bir hədəfləmə xilas etmir. Güclü kreativ isə orta hədəfləmə ilə də işləyir.

Hansı rəqəmlərə baxırıq

Aylıq hesabatda bu rəqəmlər sadə dildə izah olunur: nə işlədi, nə dayandırıldı, növbəti ay büdcə hara yönləndirilir.

Ən bahalı səhvlər

Reklam mövcud sistemi gücləndirir, olmayan sistemi yaratmır. Ona görə targetingi həmişə kontent və sayt ilə birlikdə qurmağı təklif edirik.

Reklam hesabınıza baxaq

Ailəmizə qoşul

Digər xidmətlər

02 — 07
BrandingMövqelənmə, vizual kimlik, səs tonu və brend kitabı Sosial mediaKontent planı, dizayn, kopiraytinq, gündəlik icra ProdakşnKinematik çəkiliş, məhsul fotosu, reklam çarxı
↑